Daha 18 dini icmaya maliyyə yardımı ayrılıb

 

İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 18 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, toplantıda qurumun rəhbərliyi, şöbə müdirləri dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, islami, eləcə milli mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Ulu öndər Heydər Əliyevin başlatdığı uğurlu dövlət-din siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirən M. Qurbanlı dövlətin siyasətində gənclərə diqqət qayğının xüsusi yer aldığını xatırladaraq, icma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas subyektinin gənclər olmasının vacibliyini tövsiyə edib. Komitə sədri icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə müsbət təsirini göstərəcəyini bildirib.

Tədbirin sonunda dini icma sədrləri çıxış edərək bu sahəyə göstərdiyi diqqət qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 7.