Azərbaycan gəncliyi "Bakı-2015"də Prezidentin xalqın etimadını tam doğrultdu

 

Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi etməklə həm Cənubi Qafqazın lider dövləti, həm ən qlobal miqyaslı tədbirlərin təşkilatçısı olduğunu dünyaya bir daha nümayiş etdirdi. Yəqin ki, əksər Avropa ölkəsi, onların olimpiya komitələri, bir çox beynəlxalq təşkilatlar düşünmürdü ki, Azərbaycan qısa müddət ərzində beynəlxalq miqyaslı idman tədbirini yüksək səviyyədə keçirə bilər. Ancaq müstəqilliyinin 24 yaşında olan Odlar Yurdu elə bir təşkilatçılıq nümunəsi göstərdi ki, milyonlarla insan heyran qaldı. 

Avropa Oyunlarının keçirilməsi üçün seçilən ölkə mütləq şəkildə iqtisadi cəhətdən inkişaf etmiş, siyasi mühitin qənaətbəxş, demokratik ab-havanın bərqərar olduğu məkan olmalıdır. İqtisadi inkişafla idman düz mütənasibdir. Başqa sözlə, inkişaf olmayan yerdə idmana diqqətdən, qayğıdan danışmaq mümkün deyil.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov da bu fikirdədir. O dedi ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi böyük uğurdur. Rəhbərlik etdiyi təşkilatın I Avropa Oyunları ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan S.Orucov bildirdi ki, ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla yanaşı, gənclərimizi daim daha səylə çalışmağa fəal olmağa həvəsləndirir. Dünyanın diqqətini Bakıya yönəldən bu mühüm idman bayramında gənclərimiz Azərbaycanın tanıdılmasında mühüm rol oynadılar. YAP üzvü olan gənclər I Avropa Oyunları ilə bağlı müxtəlif layihələr həyata keçiriblər. Bunlardan biriİlk Avropa Oyunlarına sən qoşuladlı layihə idi. Bu layihə çərçivəsində bir çox tədbirlər olub: “Azərbaycan Voleybol Federasiyası ilə birlikdə keçirdiyimiz yürüş I Avropa Oyunlarının təbliğinə yönəlmişdi. YAP Gənclər Birliyinin fəalları tərəfindən partiyamızın Gənclər Birliyi qərargahının önündən başlayan yürüş Bakı Olimpiya Stadionuna qədər davam etdi. Bundan başqa, Oyunlara dəstəklə bağlı YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə indiyədək müxtəlif qəzet redaksiyalarındadəyirmi masa”lar keçirildi. Gənclərimizin iştirakı ilə Oyunlar zamanı Dövlət bayrağından istifadə qaydalarına dair treninqlər təşkil edildi. Etik normalarla da bağlı tədbirlərimiz oldu. Ümumiyyətlə, YAP üzvləri hər zaman ölkə miqyaslı tədbirlərdə yaxından iştirak etməklə töhfələrini verirlər. I Avropa Oyunlarında da belə oldu”.

Gənclər Birliyinin sədri Oyunlar öncəsifəallaşanantiazərbaycançı şəbəkənin çirkin əməllərindən söz açdı. Dedi ki, Oyunlar ərəfəsində erməni gəncləri tərəfindən bu yarışa qarşı çox ciddi qarayaxma kampaniyası aparıldı. Onlar çağırışlar edərək I Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmağa çalışırdılar. Ona görə YAP Gənclər Birliyinin qarşısında duran ən mühüm vəzifələrdən biri bu cür antiazərbaycançı fəaliyyəti sıradan çıxarmaq, ermənilərin çirkin əməlini ifşa etmək idi. Gənclər onların cavablarını verir, qabaqlayıcı addımlar atırdılar: “Əlimizdən gəldiyi qədər erməniləri yerlərində otuzdururuq, başa salırıq ki, Azərbaycan heç siz dediyiniz ölkə deyil. Ancaq təəssüf ki, bəzən bizim öz gənclərimizin arasından naxələflər çıxır. Onlar antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən qeyri-hökumət təşkilatlarının əməkdaşları, xaricdən maliyyələşən, ölkəmizi istəməyən müəyyən qüvvələrin maraqlarına xidmət edən şəxslərdir. Təbii ki, belələrinin cavabını verdik. Lakin bizi daha çox təsirləndirən oudur ki, niyə onlar öz vətənlərinə qarşı naxələf çıxırlar. Belələri hər şeydə mənfi nəsə axtarırlar, hər uğura qara yaxmağa çalışırlar. Təbii ki, bunların heç birinin nəticəsi olmadı, biz Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdik dünya da bunun şahidi oldu. Biz gənclər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəkləyirik. Bizim uğurumuz təkcə Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə bitmədi. Biz həm idmanda sözümüzü dedik 56 medalla 50 dövlət arasında 2-ci olduq. Həm biz öz etik mədəniyyətimizi bütün dünyaya göstərə bildik”.

Ölkəmiz Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə təşkil edə bilər. Avropa Oyunları Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq üçün fürsət idi. Biz bu şansdan istifadə etdik”.

S.Orucovun qənaətincə, Bakı artıq həm qlobal idman oyunları paytaxtına çevrilib. Çünki burada istənilən idman arenası yüksək azarkeşlik mədəniyyətinə malik əhali var. Mötəbər idman tədbirində müxtəlif vəzifələri icra edən könüllülərin arasında YAP üzvü olan gənclər kifayət qədər idi. Hətta onlardan bəziləri regionlarda Avropa Oyunlarının məşəldarı oldu: “Təbii ki, bunun qarşılığında mənəvi nəticədən başqa heç bir maddiyyat yoxdur. Azərbaycan gəncliyi burada da öz fərqliliyini, seçimliliyini göstərdi. 30 min seçilmiş könüllüdən 18 mini ilə kurslar, təlimlər təşkil edildi. Dünyada belə bir tendensiya var ki, könüllülər seçilərkən onların hazırlanmasına bir yaxud iki il lazım olur. Azərbaycanda isə bu proses 4-6 ay müddətində başa çatdı. Oyunlarla bağlı Azərbaycana gələn idmançılar, onların məşqçiləri, xarici media nümayəndələri, turistlər, bir sözlə hamı könüllülərin işini çox yüksək qiymətləndirdi. Bu isə o deməkdir ki, belə gənclərimizlə dağı-dağ üstə qoymaq olar”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 10.