Britaniyalı dalğıc: Birinci Avropa Oyunlarının bir parçası olmaq son dərəcə həyəcanverici idi

 

 “Bakı-2015” birinci Avropa Oyunlarının bir parçası olmaq, bu mötəbər yarışlarda iştirak etmək son dərəcə həyəcanverici idi.

Bu sözləri “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edən britaniyalı dalğıc Matti Li AZƏRTAC-a müsahibəsində deyib.

Atlet bildirib ki, birinci Avropa Oyunları ilk dəfə keçirildiyi üçün burada iştirak etmək istənilən idmançı üçün böyük uğurdur. O, “Bakı-2015”-in karyerası üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 13.