XİN: Avropa təhlükəsizlik sistemində müşahidə edilən böhranın kökündə ATƏT məkanındakı həll olunmamış münaqişələr dayanır

 

Finlandiyanın Helsinki şəhərində Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə ATƏT-in qeyri-rəsmi yüksək səviyyəli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən Azərbaycan nümayəndə heyəti toplantı iştirakçılarının diqqətini ATƏT məkanındakı həll olunmamış münaqişələrə çəkərək Helsinki Yekun Aktında təsbit olunmuş dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunan bu münaqişələrin Avropa təhlükəsizlik sistemində müşahidə edilən böhranın kökündə dayandığını bu münaqişələrin son 25 il ərzində həll edilməmiş qalmasının bütövlükdə ATƏT regionunda sülh təhlükəsizlik üçün ən ciddi təhdid olduğunu vurğulayıb. Qeyd edilib ki, Helsinki prinsiplərinin ATƏT-in digər öhdəliklərinin iştirakçı dövlətlər tərəfindən təhrif edilməsi, onların tətbiqində selektiv yanaşmaya ikili standartlara yol verilməsi ATƏT məkanında qeyri-sabitliyin yaranmasına səbəb olur, eləcə mövcud münaqişələrin nizama salınması proseslərində durğunluğa gətirib çıxarmaqla, onların yenidən alovlanması riskini doğurur.

Xüsusilə, xalqların bərabər hüquqluluğu öz müqəddəratını təyinetmə hüququnun ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən özlərinin qeyri-qanuni əməllərini, o cümlədən dövlətlərin ərazi bütövlüyü siyasi müstəqilliyinə qarşı güc tətbiqetmə ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə təhrif edilməsinin münaqişələri doğurduğu onların həlli yolunda ciddi əngəl olduğu qeyd edilib.

Bu xüsusda, bir təşkilat kimi ATƏT-in fəaliyyətinin əsasını təşkil edən prinsiplərə hər hansı selektiv yanaşma ikili standart olmadan əməl edilməsinin təmini istiqamətində fəaliyyətinin gücləndirilməsinin münaqişələrin həlli prosesinə töhfə verə biləcəyi vurğulanıb.

Toplantıda çıxış edən iştirakçı dövlətlərin mütləq əksəriyyəti tərəfindən Helsinki Yekun Aktının dövlətlərarası münasibətlər kontekstində öz əhəmiyyətini qoruyub saxladığı Avropa təhlükəsizliyi sistemində mövcud böhrandan çıxış yolunun yalnız Helsinki Dekaloquna qeyd-şərtsiz əməl edilməsindən ibarət olduğu ifadə edilib. Bu müstəvidə dövlətlərin ərazi bütövlüyünə suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının xüsusi əhəmiyyət kəsb etdiyi münaqişələrin həlli istiqamətində səylərin intensivləşdirilməsinin vacib olduğu bildirilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 15.