Səfər başa çatdı

 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 22-də başa çatıb.

Avropa İttifaqının bayrağının Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında daimi nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard yola saldılar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 iyul.- S. 3.