Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib

 

İyulun 22-də Gülüstan sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başladı.

Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olundu.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim olundu.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim etdi.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun kütləvi informasiya vasitələri arasındaBirinci Avropa Oyunlarını ən geniş dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırıldı.

Fondun ekspertlərinin apardıqları monitorinqin nəticələrinə görə, müsabiqədə birinci yerəAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyəti layiq görülüb. Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC müsabiqədə ikinci yeri tutub. “Azad AzərbaycanTeleradio Kompaniyası da müsabiqədə ikinci yerə layiq görülüb. Müsabiqədə üçüncü yerləri isəAzərbaycanqəzeti, “Trend” İnformasiya Agentliyi “APA Holdinqtutublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi FondununBirinci Avropa Oyunları dövründə Azərbaycanın milli maraqlarının təbliği sahəsində səmərəli fəaliyyətəgörə xüsusi mükafatına isəLider TV Radio Azərbaycan” MMC, “ Xəzər TV” MMC Səs” media qrupu layiq görülüblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova “UBM Group” şirkətininBirinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görəmükafatı təqdim olundu. Prezidentin köməkçisinə, həmçininAzərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə” “Paşabank”ın Bakcellşirkətinin xüsusi mükafatları təqdim edildi.

Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident Administrasiyasının ictimai–siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanovaya “UBM Group” şirkətinin mükafatları təqdim olundu.

Sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı oldu. Üç dərəcə üzrə təqdim edilən mükafatlar milli mətbuatımızın inkişafında xidmətləri olan şəxslərə KİV-lərə verildi. Ali Media Mükafatının birinci dərəcəsinəKaspiqəzeti layiq görüldü.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyulMilli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə mükafatlar təqdim edildi.

Dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat xidmətlərinin KİV-lərin rəhbərləri üçünBakcellşirkəti tərəfindən hazırlanmış mükafatların mərasimdə təqdimatı oldu.

Sonda xatirə şəkili çəkdirildi.

Mərasim konsert proqramı ilə davam etdi.

 

Azərbaycan.- 2015.- 23 iyul.- S. 4.