Avropa idmanı Avropa siyasətini məğlub etdi

 

Qitə Oyunları ilə əlaqədar Azərbaycana hücum çəkənlər əliboş qaldılar

 

Azərbaycan Avropanın idman ictimaiyyəti hələ ilk qitə Oyunlarının təəssüratları ilə yaşayır. Bakıda keçirilmiş yarışlardan mükafatla qayıdan idmançılar sevinclərini dostları, doğmaları ilə bölüşürlər. Müxtəlif ölkələrin media orqanları Oyunların təşkilini gedişini şərh edir, atletlərin idman mütəxəssislərinin rəylərini öyrənir. Mütəxəssislərin ümumi fikri belədir ki, Bakının evsahibliyi etdiyi I Avropa Oyunları qitənin həyatında tarixi idman hadisəsi olaraq ən yüksək səviyyədə təşkil edildi, idmançıların ədalətli mübarizəsi üçün hər cür şərait yaradıldı, möhtəşəm idman tədbirinə evsahibliyi edən Azərbaycan hər cür təqdirə layiqdir. İdmançılar Oyunların ən müasir arenalarda keçirildiyini qeyd etməklə yanaşı, qitənin müxtəlif ölkələrindən gələn həmkarları ilə bir araya gəlməkdən dolayı xoş duyğularını ifadə edir, Azərbaycan xalqının səmimiliyinə qonaqpərvərliyinə, Bakının bütövlükdə ölkənin sürətli inkişafına heyran qaldıqlarını bildirirlər...

Bəli, Avropanın idmanla bu ya digər dərəcədə əlaqəli olan dairələri “Bakı-2015”dən danışır, qitə olimpiadasının baş tutmasından razılıq hissi keçirir. Qitənin idman tarixində baş vermiş əlamətdar hadisə barədə susanlar isə yalnızKöhnə dünya”nın siyasi elitasının nümayəndələridir. Susqunluğun səbəbi məlumdur: Avropa siyasəti “Bakı-2015”in timsalında Avropa idmanı ilə mübarizəyə girişmiş, amma məğlubiyyətə uğramışdır! Siyasət idmanı yerində oturtmağa çalışmış, ancaq idman siyasətə yerini göstərmişdir!

Doğrudur, siyasətin idmana qarışması yeni fakt deyil. İrimiqyaslı idman tədbirləri ərəfəsində Qərb siyasi elitası bəyənmədiyi ayrı-ayrı təşkilatçı ölkələrə insan hüquqlarını bəhanə gətirərək təzyiq göstərməyə cəhd edir. Pekin Yay Olimpiya Oyunları (2008) Soçi Qış Olimpiya Oyunlarının (2014) ev sahibləri təzyiqə məruz qalmışdılar. İlk Avropa Oyunlarına evsahibliyi edən Azərbaycana münasibətdə təzyiq kampaniyasının miqyası isə görünməmiş dərəcədə geniş idi. Elə bil ki, Avropadakı siyasi dairələrin Azərbaycanda insan hüquqları sahəsində mövcud vəziyyətdən başqa işi-gücü yox idi.

Siyasi Avropanın ölkəmizə qarşı qarayaxmaəməliyyat”ı sanki əvvəlcədən planlaşdırılmış, ölçülüb-biçilmişdi.Əməliyyat”a KİV start verdi. Böyük Britaniyanın “www.insidethegames.biz” internet saytı belə birşokxəbər yaydı ki, guya “Bakı-2015” saxtadır, “əsl Avropa OyunlarıAzərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları “2-ci dərəcəlitədbirdir, Oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər s. Bəzi yerli “media” orqanları ələdüşməzsensasiyanıdərhal tirajlamağa başladı. Ammasensasiyabaş tutmadı. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Oyunları gözdən salmaq cəhdinə sərt reaksiya verdi: “Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”. Beləliklə, qarayaxmaəməliyyat”ının startı uğursuzluqla nəticələndi bədxahların susmaqdan başqa çarəsi qalmadı.

Ardıncaİdman İnsan Hüquqları Alyansıadlı yeni qurum meydana çıxdı. Tərkibinə “Amnesty International”, “Human Rights Watch” hüquq-müdafiə təşkilatları, FIFPro - “Dünya Oyunçular Birliyi” (World Players' Union), “Avropa Futbol Tərəfdarları” (Football Supporters Europe), “Supporters Direct Europe”, “Terre des Hommes “Transparency International” təşkilatının Almaniya bölməsinin daxil olduğu alyansın qarşısına qoyduğu məqsəd nəyin bahasına olursa-olsun Avropa Oyunlarını təşkil edən ölkəni gözdən salmaq idi. Bu məqsədə nail olmaq üçün insan hüquqlarının müdafiəsindən, ətraf mühitin mühafizəsindən antikorrupsiya qaydalarına əməl olunmasından pərdə kimi istifadə edilirdi. Lakin alyans ölü doğulduğundan hansısa fəaliyyəti ilə yadda qalmadı.

Hadisələrin arzuolunmayan məcrada cərəyan etdiyini görən antiazərbaycançı qüvvələrin özləri vəziyyətə birbaşa müdaxilə etməyi qərarlaşdırdı. Əvvəlcə Avropa Parlamenti (AP) qaryaxma kampaniyasının gedişini dəyişdirməyə cəhd göstərdi. Oyunların başlamasından iki gün əvvəl - iyunun 10-da AP-daİdman insan hüquqlarımövzusunda Azərbaycanla bağlıdinləmələrkeçirildi. Təşəbbüs”ün müəllifləri onların tərəfdarları Bakını insan hüquqlarını pozmaqda ittiham edib AP adından sərt mövqe nümayiş etdirmək istədilər. Ancaq daş qayaya rast gəldi. Antiazərbaycançılardan fərqli olaraq, bir sıra sağlam düşüncəli parlamentarilər Azərbaycanın evsahibliyi etdiyi Avropa Oyunlarını müsbət qiymətləndirdilər, ölkəmizə qarşı əsassız təzyiqləri rədd etdilər. Antiazərbaycançılara izah edildi ki, Azərbaycan qitə olimpiadasını təşkil etməklə heç bir günah işlətmir, əksinə, Avropanın görməli olduğu işi görür ona görə tənqidə yox, təşəkkürə layiqdir. Bununla da AP-ın Azərbaycana təzyiq cəhdi fiaskoya uğradı.

Antiazərbaycançı dairələrin rəsmi Bakıya növbətizərbə”sini Almaniya Bundestaqı endirdi. İlk Avropa Oyunlarının açılış günü - iyunun 12-də alman parlamentində keçirilmiş dinləmələr zamanı ölkəmizdə insan hüquqları sahəsində yaranmışacınacaqlıvəziyyətdən gen-bol danışdılar, axırda da heç kimə lazım olmayan kağız parçası - qətnamə qəbul etdilər.

Azərbaycana qarşı qarayaxma kampaniyasına Avropa Şurasının Parlament Assambleyası da öztöhfə”sini verdi. Bakıda Avropa Oyunlarının davam etdiyi günlərdə AŞ PA-da Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Tadeuş İvinskinin hazırladıqlarıAzərbaycanda demokratik institutların fəaliyyətiadlı qətnamə layihəsi üzrə müzakirələr keçirildi. Gözləmək olardı ki, müzakirələr zamanı Azərbaycanın yaşadığı insanlıq faciəsi - ölkə ərazisinin 20 faizinin Ermənistanın işğalı altında qalması, 1 milyondan artıq azərbaycanlının yurd-yuvasından didərgin salınması diqqət mərkəzində olacaq, avropalı deputatlar bu problemin tənzimlənməməsindən narahatlıq ifadə edəcəklər. Amma çıxışçıların əksəriyyəti, elə bil ki, Azərbaycana qarşı hərbi təcavüzün ağır nəticələrindən xəbərdar deyildi. Hətta səsçoxluğu ilə qəbul edilmiş sənədin mətnindənAzərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ digər yeddi rayonu barədəifadəsi çıxarılaraqDağlıq Qarabağ münaqişəsi barədəifadəsi ilə əvəz olundu, halbuki bir sıra deputatlar Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin dörd qətnaməsində AŞ PA-nın qətnamələrində əks olunduğunu yada salmışdılar. Antiazərbaycançılar isə bu çağırışları qulaqardına vurur, ölkəmizin insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini iddia edərək fəryad qoparırdılar...

Amma bütün bu təzyiq cəhdləri daldan atılaraq topuğa dəyən daşa bənzəyir. Rəsmi Bakı əvvəlcədən bilirdi ki, ilk Avropa Oyunlarını təşkil edərkən təzyiqə məruz qalacaq ona görə qarayaxma kampaniyasına məhəl qoymadan bütün səylərini qitə olimpiadasının reallaşmasına yönəltmişdi. Avropa siyasi dairələrinin Azərbaycana münasibətdə qərəzli mövqe tutduğu elə avropalıların özlərinə aydındır. Bu mənada Almaniya Olimpiya Komitəsinin baş direktoru Mixael Vesperin fikirləri diqqətəlayiqdir. Cənab Vesper qeyd edir ki, Avropa Parlamentində keçirilmiş məlum dinləmələrdə iştirak etmişdir: “Bəzi deputatlar tələb edirdilər ki, atletlərimiz Bakıda yalnız siyasi motivlərlə həbs olunmuş adamlar azadlığa buraxıldıqdan sonra cıxış etsinlər. Bu, riyakar tələbdir. Axı Avropa Komissiyası enerji sazişinin reallaşdırılmasına dair Azərbaycan kimistrateji tərəfdaş”la danışıqlar aparır. Nəyə görə siyasi məhbusların azadlığa buraxılmasının energetika ilə uzlaşdırılmaması barədə sualıma cavab almadım”.

Beləliklə, Avropanın idman ictimaiyyəti qitənin siyasi dairələrinin idmanı siyasi alətə çevirmək cəhdini rədd etdi. Avropalı atletlərin, idman mütəxəssislərinin heç biri Oyunları boykot etmək kimi sərsəm çağırışlara məhəl qoymadı. Avropa İttifaqının üzvü olan ölkələrin siyasi liderlərinin yalnız ilk Avropa Oyunlarının açılış mərasiminə qatılmamağa gücü çatdı. Bununla özləri özlərini möhtəşəm şounu canlı izləmək imkanından məhrum etdilər. Onların mərasimdə olub-olmaması Oyunların gedişinə heç bir müsbət, yaxud mənfi təsir göstərməyəcəkdi. Gəlsəydilər, iki-üç saat Bakı Olimpiya Stadionunun tribunalarında oturub, sonra da çıxıb gedəcəkdilər, vəssalam. Bakıya gələn atletlər isə idman gənclik bayramının sevincini yaşadılar. Bu, Oyunlarda iştirak edən avropalı idmançıların qələbəsi, avropalı siyasətçilərin məğlubiyyəti idi.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 6.