Viktor RUBAN: Bakının xüsusi ab-havası qələbəyə ruhlandırırdı

 

Kamandan oxatma üzrə olimpiya çempionu, Bakıda I Avropa Oyunlarının qalibi ukraynalı Viktor Ruban AZƏRTAC-a məxsusi müsahibəsində vurğulayıb ki, Azərbaycanın paytaxtında olması ürəyini hələ fərəh hissi ilə doldurur.

XarkovunDinamoklubunun idmançısı deyib: “Mən sanki əlavə müsbət enerji aldım. Oyunların fantastik açılış mərasimi məni lap heyrətləndirdi. Açılış paradında Ukrayna nümayəndə heyətinin bayraqdarı məhz məni seçdiklərinə görə qürur duyuram. Axı Ukraynada çempionlar çoxdur.

Əvvəllər Ukraynanın bayrağını dünya çempionatının açılışında aparmışdım. Amma bu Oyunlar tamamilə başqa səviyyəlidir, üstəlik, ilk dəfə keçirildiyi üçün tarixidir. Düzünə qalsa, təklif edəndə, inanmağım gəlmədi. Amma düşündüm ki, indi ailəm məni həqiqətən televizorda görəcək. Hərçənd belə bir inanc var ki, bayraqdar yüksək nəticə ilə sevindirmir. Amma bəxtim gətirdi mən xoşagəlməz ənənəni pozdum. Komanda yoldaşlarım Markiyan İvaşko Georgi İvanitski ilə birlikdə hədəfi düzgün nişan ala bildim, qızıl medal qazandım. Görünür, Bakı mühiti, onun şəfaverici havası qalib gəlməyimə kömək etdi.

İnanın ki, Bakıda Avropa Oyunlarına hazırlığın miqyası məni heyran qoydu. Azərbaycanın zəhmətsevər istedadlı xalqı bu möhtəşəm idman, gənclik, sülh qarşılıqlı anlaşma bayramını dünyaya bəxş etmək üçün Prezident İlham Əliyevin başçılığı ilə mümkün olan hər şeyi edib.

Etiraf edim ki, Bakıya vurulmuşam. Gözəl müasir şəhərdir, müxtəlif mədəniyyətləri - Qərb Şərq elementlərini özündə birləşdirir. İndi isə burada ultramüasir idman qurğuları cəmləşib. Şübhə etmirəm ki, perspektivdə çox idman növlərinin nümayəndələri ən mühüm yarışlarını Bakıda keçirmək üçün Xəzərin sahillərinə can atacaqlar. Odur ki, bizə göstərdiyi qonaqpərvərliyə görə Azərbaycana, Bakıya çox sağ ol demək istəyirəm. Qardaş xalqa ürəkdən firavanlıq sülh arzu edirəm!”

 

Zeynal AĞAZADƏ,

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 6.