Bələdiyyələrin əraziləri torpaqları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilmişAzərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1301-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin əraziləri torpaqları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilmişAzərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1301-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarınınBələdiyyələrin əraziləri torpaqları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilmişAzərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktlarınBələdiyyələrin əraziləri torpaqları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilmişAzərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2015-ci il

 

Azərbaycan.- 2015.- 26 iyul.- S. 2.