Beynəlxalq Musiqi Festivalında Xorvatiyanın “Dubrovnik Gitara Triosu”nun konserti olub

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da Heydər Əliyev adına Konqress Mərkəzində XorvatiyanınGitara Triosu”nun konserti olub.

AZƏRTAC xəbər verir ki, kamera zalında keçirilən konsertdə tanınmış Dubrovnik Musiqi MəktəbininGitara Triosu”nun üzvləri Ante Skaramuca, Frano Matujiç Maroye Brçiçinin ifa etdikləri musiqi əsərləri tamaşaçıların zövqünü oxşayıb. Konsertdə Avropa bəstəkarları A.Vivaldi, Q.Hendel, L.Sorkoçeviç, N.Njiriç, F.Mendelson, Q.Foren İ.Albenisin əsərləri səslənib. Yerli xarici musiqisevərlərə məlumat verilib ki, 1992-ci ildən fəaliyyət göstərən “Dubrovnik Gitara Triosudünyanın 15-dək ölkəsində konsertlər verib.

 

Azərbaycan.- 2015.- 30 iyul.- S. 5.