Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib

 

ABŞ Dövlət Departamentinin regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi həbsləri kimi kobud insan hüquqları pozuntularını görməzliyə vuraraq konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdəndərin narahatlığıikili standartların növbəti bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycan ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam şəkildə təmin edilib heç kim siyasi fəaliyyətinə baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz uğursuz müdaxilədən başqa bir şey deyil.

Qəribədir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulması ABŞ Dövlət Departamentinindərin narahatlığısırasında heç vaxt yer almır.

Mətbuat katibi qeyd edib ki, ABŞ-ın İnsan Hüquqları üzrə Universal Bəyannamədən irəli gələn beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymayaraq bütün ölkəni bürümüş polis zorakılığı sistematik irqi ayrı-seçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs işgəncələr, ölkə daxilində hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarınınqlobal himayədarıkimi qələmə verməsi yalnız yalnız istehza doğurur.

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 2.