Ermitajsolistlər ansamblının bədii rəhbəri: Bu musiqi bayramı dünyanın diqqətini Qəbələyə hər il daha çox yönəldəcək

 

Gözəl məkan, gözəl insanlar əla musiqibütün bu amillər Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında harmoniya təşkil edir. Mən növbəti dəfə burada iştirakımdan çox məmnunam. Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil olunub. Bu festivalla bağlı təəssüratlarımız zəngindir. Hər şey ifaçıların tamaşaçıların zövqünə uyğundur. Ümid edirəm ki, bu musiqi bayramı hələ uzun illər davam edəcək dünyanın diqqətini Qəbələyə hər il daha çox yönəldəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində bir çox beynəlxalq müsabiqələrin qalibi, Stokholmda keçirilən İsveç Kral Festivalının Ermitajsolistlər ansamblının bədii rəhbəri olan dünya şöhrətli rusiyalı pianoçu Aleksandr Qindin deyib.

O, ikinci dəfədir Azərbaycanın bu böyük musiqi bayramında iştirak etdiyinə görə çox şad olduğunu bildirib: “Bu bayram özündə dünyanın dörd bir yanından olan tanınmış musiqiçiləri birləşdirir. Festivalın proqramı olduqca zəngindir. Yerli xarici tamaşaçılar konsertlərdən böyük zövq alırlar. Hər il müxtəlif orkestrlər festivala qatılır. İstirahət etmək üçün bura gələn insanların səsləndirdiyim musiqi əsərlərini ayaqüstə alqışlamaları mənim üçün xoşbəxtlikdir”.

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 8.