“Xəzərin Mirvarisi” növbəti tarix yazacaq

 

“Eurovision-2012” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi edən “Xəzərin mirvarisi” - “Baku Crystal Hallindi də I Avropa Oyunlarına öz töhfəsini verəcək. Burada 5 idman növü üzrə 1106 idmançı nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.

“Baku Crystal Hall” çoxməqsədli idman-konsert kompleksidir. Burada genişmiqyaslı konsert tədbirləri idman yarışlarının həm komanda, həm ayrı növlərini keçirmək nəzərdə tutulub. Kompleks Prezident İlham ƏliyevinBakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında” 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən inşa olunub. 2012-ci il yanvarın 15-də isə Avropa Yayım Birliyi “Eurovision-2012” mahnı müsabiqəsinin məhz “Crystal Hall”da keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.

Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanmışdı. Özlüyündə böyük nailiyyət olan, lakin siyasi iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olub. Bu uğurun əhəmiyyətini artıran əsas cəhətlərdən biri Avropanın musiqi həyatında mühüm yer tutanEurovision”un tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır. “Eurovision”u regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində müsabiqəyə cəmi 4 dəfə qatılmaqla nail olmuşdur.

İndi isəXəzərin mirvarisi”ndə növbəti tarixi hadisə baş verəcək - I Avropa Oyunlarının boks, karate, qılıncoynatma, taekvando voleybol kimi maraqlı idman növləri burada keçiriləcək.

“Crystal Hall”da “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bu işlərlə yaxından tanış olmaq üçün I Avropa Oyunları Təşkilat Komitəsi media nümayəndələrinə geniş imkan yaratdı. Belə ki, komitənin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin tərkibində “Crystal Hall”da olduq, oradakı vəziyyətlə maraqlandıq. I Avropa Oyunları Təşkilat Komitəsinin “Crystal Hall” üzrə baş meneceri Ben Emersonun müşayiəti ilə əvvəlcə voleybol yarışlarının keçiriləcəyi “Zal-1”ə baş çəkdik. Voleybol meydanında son tamamlama işləri görülürdü. Mütəxəssislər cidd-cəhdlə çalışırdılar.

Ben Emerson bildirdi ki, ilk Avropa Oyunlarına həm qapalı, həm çimərlik voleybolu daxil olacaq. “Crystal Hall”da 4000 tamaşaçının qarşısında 15 ölkədən 24 komandanın 208 idmançının iştirakı ilə voleybol yarışları keçiriləcək. 64 komandanın 128 idmançının iştirak edəcəyi çimərlik voleybolu isə 3700 nəfərlik tutumu olan müvəqqəti Çimərlik Arenasında günəş şüaları altında oynanılacaq. Ümumilikdə 16 yarış günü ərzində 336 kişi qadın idmançının voleybolun hər iki növü üzrə 2 medal dəsti uğrunda mübarizə aparacaq.

Atletlərin 2016-cı il Rio Yay Olimpiya Oyunlarının çimərlik voleybolu yarışlarında iştirakına zəmanət verən yüksək xal qazanmaq uğrunda mübarizəyə qoşulmaq şansı da olacaq.

“Zal-2”də isə boks yarışları keçiriləcək. Burada da yekun işlər görülürdü. B.Emerson bildirdi ki, boks yarışları 330 idmançının iştirakı ilə 12 gün ərzində keçiriləcək qaliblərə 15 medal dəsti paylanacaq. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında mübarizə təşkil olunacaq. Yarışlar iyunun 16-da başlayacaq. Kişilər arasında 10 çəki kateqoriyasının hər birində 3 medal dəsti qazanan idmançılar, “AIBA 2015” dünya boks çempionatında iştirak hüququ qazanacaqlar. Həmin yarışda ən yüksək reytinqli boksçular öz milli olimpiya komitələri üçün Rio- 2016-ya kvota yeri əldə edəcəklər.

Crystal Hallun üçüncü zalı karate, taekvando və qılıncoynatma yarışları üçün hazırlanır. Zalın meydan hissəsi elə qurulub ki, karatetaekvando oyunlarından sonra onların meydançaları operativ yığışdırıla biləcək. Genişləndirilmiş ərazidə qılıncoynatma üçün meydan açılacaq. Burada karate üzrə 96, taekvando üzrə 128, qılıncoynatma üzrə isə 216 idmançı mübarizə aparacaq. 2 yarış günü karateyə, 4 yarış günü taekvandoya, 5 yarış günü isə qılıncoynatmaya həsr olunacaq. Bu zalda hər üç yarış üzrə ümumilikdə 32 medal dəstinin təqdimetmə mərasimi təşkil ediləcək. Qalib taekvandoçular 2016-cı il Rio Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar.

Crystal Hallmüasir texnika ilə təchiz olunduğundan burada hər şey - istər işıqlandırma, istərdə də havalandırma sistemi yüksək səviyyədədir. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə də fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. “Baku Crystal Hallun əhəmiyyətini artıran mühüm amillərdən biri onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Xatırladaq ki, kompleksin layihəsinin baş dizayneri alman şirkəti “GMP”, arenanın dizayneri İsveçrə şirkəti “Nüssli International AG”dir. Tikinti işləri 2012-ci il aprelin 16-da başa çatıb. Həmin il mayın 7-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksin rəsmi açılışı olub.

Kompleksin ümumi sahəsi - 30958 kvadratmetrdir. Kristal zalın fasadı müxtəlif işıq effektləri yaratmağa imkan verən 1200 ədəd müasir dinamik led lampalarla təchiz edilib. Zalarena boyu dəhliz iki simmetrik yerə bölünür. Ümumilikdə 30 girişi var. Dəhliz boyu iaşə obyektləri, keytrinqlər, tibbi yardım məntəqəsi, sanitar qovşaqlar fəaliyyət göstərir.

Bir sözlə, “Eurovision-2012” mahnı müsabiqəsini, dünyanın ən böyük gözəllik yarışması - “Miss Globe İnternational” müsabiqəsinin 89-cu final mərhələsini və bir çox digər konsert tədbirlərini yüksək səviyyədə təşkil etməsi deməyə əsas verir ki, “Crystal Hall” I Avropa Oyunları zamanı da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.1, 5.