Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə Hindistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan və Hindistan xalqları ənənəvi mədəni və tarixi əlaqələrə əsaslanan münasibətlərə malikdir. Əminəm ki, çoxsahəli ikitərəfli əməkdaşlığımız güclənməyə davam edəcək və gələcək illərdə bizim qarşılıqlı faydamız üçün daha da şaxələnəcəkdir. Biz birgə maraqlarımızın müxtəlif sahələri üzrə Azərbaycan ilə əlaqələrimizi daha da intensivləşdirməyə çalışacağıq.

Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına isə daha sürətli inkişaf və firavanlıq arzularımı qəbul edəsiniz.

Dərin ehtiramla,

 

Pranab Mukherci

Hindistan Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.3.