Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, bizim birgə səylərimiz nəticəsində Monqolustan və Azərbaycan arasındakı əlaqələr və əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da genişlənəcək və inkişaf edəcək.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram.

Dərin hörmətlə,

 

Saxiaqiyn Elbeqdorj

Monqolustanın Prezidenti

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.4.