Pakistan mətbuatı Heydər Əliyev Fondunun İslamabaddakı xeyriyyə aksiyası haqqında yazır

 

İslamabaddakı Al-Farabi adına Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən humanitar aksiya Pakistan mətbuatında geniş işıqlandırılıb.

İngilis urdu dillərində çap edilən “Pakistan Observer”, “The News”, “National Herald Tribune”, “Diplomatic Star” “DNA”, “Centreline”, “Pakistan in the World”, “Daily Jinna”, “Daily Samaqəzet, jurnal informasiya agentlikləri tədbir haqqında materiallar yayıb.

Materiallarda bildirilir ki, mərkəzdə keçirilən tədbirdə çıxış edənlər fiziki qüsurlu uşaqlara yardıma görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib, bunu Pakistan Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndiriblər.

Qeyd edilir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbirdə xalqlarımız arasındakı dostluq münasibətləri, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında söhbət açıb. D. Şikarov Mehriban Əliyevanın PakistanınHilal-e-Pakistan” ordeni ilə təltif olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 4.