Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində Türk Silahlı Qüvvələrinin bölmələri tərkibində fəaliyyət göstərəcək Azərbaycan bölüyü ilə bağlı Protokolun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində Türk Silahlı Qüvvələrinin bölmələri tərkibində fəaliyyət göstərəcək Azərbaycan bölüyü ilə bağlı 2015-ci il aprelin 18-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2015-ci il

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 2.