Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnaməni İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1113-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 6, maddə 416; 2004, 6, maddə 440, 9, maddə 674; 2005, 6, maddə 491, 12, maddə 1102; 2006, 7, maddə 592, 8, maddə 659; 2007, 6, maddə 615, 9, maddə 869, 10, maddə 947, 11, maddə 1106; 2008, 3, maddə 168, 8, maddə 719; 2009, 5, maddə 322, 12, maddə 983; 2010, 2, maddə 83, 3, maddə 185; 2011, 2, maddə 85, 6, maddə 508, 9, maddə 791; 2012, 9, maddə 852; 2013, 5, maddə 511, 11, maddə 1320; 2014, 12, maddə 1573; 2015, 2, maddə 127) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin 3.1.18-1-ci yarımbəndinə sığortalanmasına sözündən sonra (standart sığorta müqaviləsi növünə münasibətdə) sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2015-ci il

 

Azərbaycan.- 2015.- 6 iyun.- S. 4.