Mədəniyyəti ortaq təhlükəsizlik üçün paylaşaq

 

Məlum olduğu kimi, Bakıda iki gün davam edən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini uğurla başa çatdırdı. Bu tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilmişdir.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq mövzusuna həsr edilmişdi. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti çıxış edərək demişdir: Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir. Bu gün 100-dən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz AvropaAsiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik.

Xatırladaq ki, bundan əvvəl - forum çərçivəsində Bakıda Sülh ağacının açılış mərasimi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova mərasimdə iştirak etmişlər. Mehriban xanım Əliyeva Sülh ağacının rəmzi açılışını bildirən lenti kəsmişdir. Sonra Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina BokovaSülh ağacının müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etmişlər.

Forum çərçivəsində dünyadakı müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün tanınmış siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunmuşdur.

Mötəbər tədbirdə iştirak etmək üçün Bakıya 100-dən çox ölkənin nümayəndəsi, 50-dən çox dövlətin nazir, nazir müavinləri, parlament təmsilçiləri və digər yüksək səviyyəli rəsmilər, 10-dan çox beynəlxalq qurumun rəhbəri gəlmişdilər.

İlk dəfə olaraq eyni tədbirdə UNESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, ISESCO, Dünya Turizm Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Türk Şurası, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri həm çoxtərəfli, həm də ikitərəfli formatda müasir mədəniyyətlərarası prosesləri və tendensiyaları müzakirə etmişlər.

Forum çərçivəsində Mədəniyyəti ortaq təhlükəsizliyi üçün paylaşaq, Ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, Multikulturalizm: gələcək vəd edən həqiqətlər, Xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, anlaşmadialoqun təşviqi, Mədəniyyətlərarası əlaqələrdə incəsənət və irsin rolu, İpək yolu - dialoqfikir mübadiləsi üçün ilkin istiqamətlər, 2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf, Gənclərin fərqli ifadə vasitələrinin köməyi ilə müxtəlifliyə hörmət və ehtiramı, Mədəniyyətlərarası dialoq naminə müsəlman dünyasının dini rəhbərləri ilə tərəfdaşlıq və s. mövzularda plenar iclaslar, işçi sessiyalar, toplantılar və digər tədbirlər keçirilmişdir.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak etmiş ölkələrin nümayəndələrinə təşəkkür bildirməklə yanaşı, Azərbaycan dövlətinin səylərinə əsaslanaraq beynəlxalq ictimaiyyətin foruma böyük dəstək verdiyini qeyd etmişdir: Biz mədəniyyətlərarası dialoqdostluq məsələlərini daha dərindən bilmək və öyrənmək istədiyimizi bir daha nümayiş etdirməyə müvəffəq olmuş, III forumda da hamımız bir komanda kimi işləmişik.

Mərasimdə çıxış edən BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirak şöbəsinin direktoru Jan-Kristof Ba, UNESCO-nun Sosialhumanitar elmlər üzrə baş direktorunun köməkçisi Nada əl-Naşif, Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar forumun yüksək səviyyədə keçdiyini bildirmişlər.

Böyük Britaniyanın Koventri Universitetinin Mədəniyyətlərarası Dialoq İnstitutunun rəhbəri Mayk Hardi forumun artıq üçüncü dəfə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkür etmişdir. O, I forumdan keçən müddət ərzində Azərbaycan tərəfinin öhdəsinə götürdüyü bütün vəzifələri uğurla yerinə yetirdiyini vurğulamış, forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını və tədbirə dəstəyini xüsusi qeyd etmişdir.

Mayk Hardi əmin olduğunu bildirmişdir ki, forumda səslənən fikir və rəylər mədəniyyətlərarası dialoq istiqamətində həyata keçiriləcək məqsədyönlü işlərə öz töhfəsini verəcək.

Əbülfəs Qarayev forumu yekunlaşdırarkən Bakı üçün daha əlamətdar və mötəbər bir hadisənin yaxın günlərdə baş verəcəyini qonaqların diqqətinə çatdırmış, onlara tarixdə ilk dəfə keçiriləcək

I Avropa Oyunları haqqında və bu Oyunlara hazırlığın gedişi barədə ətraflı məlumat vermişdir.

Rizvan HİLALOĞLU

 

Az.rbaycan.- 2015.- 6 iyun.- S. 10.