Məşəl idman obyektlərinə səyahət etdi

 

İyunun 12-də Bakıda start götürəcək ilk Avropa Oyunlarının alovunu srağagün paytaxtda Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Dünən isə məşəl Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinə səyahər etdi.

Səyahət BMX Veloparkından başladı. Məşəli İntellektual Oyunların qalibi Balaş Qasımov daşıdı. Sonra Alovu sinxron üzgüçülük üzrə milli komandamızın üzvü Tatyana Nikitina Bakı Su İdmanı Sarayı boyunca apardı. Nəinki qitənin, eləcə də dünyanın ən müasir su idmanı mərkəzlərindən olan bu kompleksdə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Cari il aprelin 20-də istifadəyə verilən bu idman arenasında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək.

Basketbol Arenasında əməkdar məşqçi Elxan Əliyev məşəli daşıdı. Daha sonra Alov Dağ Velosipedi Parkında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova verildi.

Günün ikinci yarısında məşhur güləşçimiz, dəfələrlə dünyaAvropa çempionu, LondonPekin Yay Olimpiya Oyunlarının mükafatçısı Mariya Stadnik məşəli Heydər Əliyev adına İdman Sarayına gətirdi. Bakının memarlıq incilərindən sayılan Heydər Əliyev adına İdman Sarayı “Bakı-2015” I Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə tam hazırdır. 7100 tamaşaçı tutumuna malik kompleksdə əsaslı yenidənqurma və təmir işləri aparılmışdır. Oturacaqlar tamamilə yenilənib, texniki köməkçi və şərhçi otaqları yaradılıb, arenanın hər iki tərəfində nəhəng monitorlar quraşdırılıb. VİP otaqlar, əlilliyi olan insanlar üçün xüsusi yerlər və pantuslar düzəldilib. KİV nümayəndələrinin oyunları izləmək üçünxüsusi yerlər hazırlanıb, iki mətbuat mərkəzi yaradılıb.

Xarici avadanlıqlarla təchiz olunan Heydər Əliyev adına İdman Sarayı Avropa standartlarına tam uyğunlaşdırılıb. Avropa Oyunları zamanı arenada güləş, sambocüdo yarışları keçiriləcək. Bu idman növlərinin hər birində təqribən 400 idmançı mübarizə aparacaq.

Məşəli arenaya gətirdikdən sonra Mariya Stadnik KİV təmsilçilərinə müsahibə verdi. O dedi: “Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında məşəl daşımaq şərəfinə mən də nail oldum. Buna görə özümü xoşbəxt hiss edirəm. Bu mötəbər Oyunlara çox ciddi hazırlaşmışıq və qızıl medallar uğrunda mübarizə aparacağıq. Onu da qeyd edim ki, bu yarışları Olimpiadaya bənzətmək olarbuna görə bir qədər həyəcan da keçirirəm. Lakin ümidvaram ki, hər şey yaxşı olacaq”.

Alovun növbəti səyahət yeri Milli Gimnastika Arenasıdır. Buraya məşəli bədii gimnastika üzrə ölkə çempionu, dünya kubokunun sahibi Marina Durunda daşıdı. O, həmçinin Avropa Oyunlarında idman səfiri olacaq. Marinanın əsas hədəflərindən biri də 2015-ci il dünya çempionatında yaxşı nəticələr göstərib 2016-cı il Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. İdmançımız yerlixarici media təmsilçilərimizlə müsahibəsində bunları söylədi: “Nə qədər xoşbəxt anlar yaşadığımı sözlə ifadə edə bilmirəm. Fəxr edirəm və qürur duyuram ki, ilk Avropa Oyunlarının həm iştirakçısı, həm idman səfiri, həm də məşəl daşıyıcısıyam. Bu mötəbər yarışlarda uğurla çıxış etmək üçün səylərimi əsirgəməyəcəm. Onu da qeyd edim ki, Azərbaycan bu cür mötəbər oyunların keçirilməsi üçün çox gözəl ölkədir”.

Xatırladaq ki, 9600 nəfər tamaşaçı tutumu olan Milli Gimnastika Arenası xüsusi texnologiyadizaynla inşa edilmişdir.

Arenada idmançılar, tamaşaçılar və media nümayəndələri üçün hər cür şərait yaradılmışdır. Burada ilk Avropa Oyunlarının idman gimnastikası, bədii gimnastika, batut, aerobikaakrobatika gimnastikası üzrə yarışları keçiriləcək.

Məşəl Milli Gimnastika Arenasından sonra Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib. Respublika stadionu Oyunlar zamanı idmanın başqa bir növü - kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək. İyunun 16-dan 22-dək burada keçiriləcək yarışlarda 128 idmançı medallar uğrunda mübarizə aparacaq.

I Avropa Oyunları zamanı kamandan oxatma yarışlarına ev sahibliyi edəcək arenada məşəlçi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə olub. Dünyada ən tanınmış futbol hakimlərindən birinin adını daşıyan və yenidən qurulmuş 31 min 200 tamaşaçı tutumuna malik arena FİFA U-17 qadınlararası dünya çempionatının final mərhələlərinə ev sahibliyi edib.

Boks üzrə dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun iştirakı ilə alovBaku Crystal Hallda oldu. Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində istifadəyə verilmiş möhtəşəm saray 25 min tamaşaçı tutumuna malikdir. Arena voleybol üzrə qadınlar arasında CEV Çempionlar Liqasının “Dördlər finalı”, “V1 Challenge Azerbaijan” yarışı və s. nəhəng idman tədbirlərinə də ev sahibliyi edib. Məlumat üçün qeyd edək ki, bu arenada qılıncoynatma, voleybol, taekvondo,bokskarate üzrə yarışlar keçiriləcək.

Günün yekununda gənclər və idman naziri, “Bakı -2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov çıxış edərək dedi ki, qitənin ən mötəbər idman yarışının ən vacib məqamlarından biri onun ev sahibi şəhər üçün qoyacağı irsdir:Alov səyahətinin bugünkü hissəsi yeni tikilmiş və əsaslı təmir olunmuş arenaların bir qismində keçirildi. Bu arenaların hər biri gələcək nəsillərin ən müasir idman obyektlərindən faydalanmasına, həmçinin, Azərbaycanda idmanın elit növlərinin inkişafına yaradılmış şərait deməkdir”.

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2015.- 9 iyun.- S. 8.