Bakı-2015in Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub

 

İyunun 10-da Bakı-2015 I Avropa Oyunlarının Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub.

800-dən artıq jurnalistin qatıldığı tədbirdə Azərbaycanın milli musiqi aləti olan tarın və Avropa musiqi alətlərinin ifasında səsləndirilən könül oxşayan musiqi parçaları xarici jurnalistlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Bakı-2015 Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs I Avropa Oyunlarını işıqlandıracaq jurnalistləri salamlayaraq onlara uğurlar arzulayıb.

Gecədə Azərbaycanın milli musiqiləri, o cümlədən Sarı gəlin və digər mahnılar səsləndirilib.

Tədbirdə maraqlı məqamlardan biriyerlixarici jurnalistlərin Yallı rəqsini birgə ifa etmələri olub.

Sonra əyləncə gecəsi öz ahəngi ilə davam edib.

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.3.