Belarusuntvr.by” portalı I Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib

 

Belarusuntvr.byinformasiya portalında “Bakı-2015” I Avropa Oyunları haqqında yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda 6 mindən artıq atletin idmanın 20 növü üzrə mübarizə aparacağı Oyunlarda Belarusun 150 nəfərlik heyətlə təmsil olunacağı qeyd edilir. Bildirilib ki, bu ölkənin nümayəndə heyətinin ilk qrupu iyunun 10-da Bakıya gələcək və İdman Sarayında yolasalma mərasimi keçiriləcək.

Yazıda I Avropa Oyunlarının “Rio-2016” Yay Olimpiadasına hazırlıq baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.14.