Latviya nəşri: Azərbaycan dünya idmanı tarixinə yeni səhifə yazır

 

Latviyanın focus.lv müstəqil xəbərlər portalında “Bakı-2015”. Azərbaycan I Avropa Oyunlarının astanasında” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, müasir Azərbaycan yeni qlobal ideyaların və təşəbbüslərin, miflərin və nağılların reallığa çevrildiyi məkandır. “Ölkə bütün sivilizasiyaların öz aralarında qarşılıqlı anlaşmadialoq qurmağa imkan tapdıqları körpümühüm meydandır. Azərbaycan həm dünyanın, həm də Avropanın sülh və əməkdaşlıq prinsiplərinin dirçəlişi tarixində yeni səhifədir” - məqalədə bildirilir.

Oxucunun diqqətinə çatdırılır ki, dünyanın güclü dövlətləri tərəfindən potensial vassal kimi yanaşılan, yaxud elə bu cür vəziyyətdə olan qonşularından fərqli olaraq, müasir Azərbaycan belə yanaşmanı qəbul etmir və dünyanın bütün ölkələri ilə bərabər əsasda münasibət qurur. “Ölkə həqiqətən də özünün möhkəm, sabit və başlıcası demokratik ictimai-siyasi vəziyyəti ilə qürur duya bilər” - portalda vurğulanır.

Məqalədə qeyd olunur ki, demokratiyanın inkişafında, iqtisadi, sosial və digər sahələrdə əldə olunan bütün nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir. 2015-ci il iyunun 12-də Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Bununla da Azərbaycan dünya idmanı tarixinə yeni səhifə yazacaq. İlk Oyunların Bakıda keçirilməsi Azərbaycan üçün həm də ona görə mühüm hadisədir ki, bu qərar ilə bütün Avropa cəmiyyəti müasir Azərbaycan cəmiyyətinə öz dərin hörmətini və inamını ifadə edib.

Latviyanı “Bakı-2015”də bu ölkənin Olimpiya Komitəsinin baş katibi Jorj Tikmersin rəhbərliyi ilə 67 atlet təmsil edəcək.

Məqalənin tam mətnini bu linkdə oxumaq mümkündür: http://ru.focus.lv/pasaule/citi-regioni/baku-2015-azerbaydzhan-v-preddverii-pervyh-evropeyskih-igr

 

Nigar CƏFƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Riqa

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.14.