Gürcüstanın Baş naziri birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 7.