Səudiyyə Ərəbistanının şahzadəsi birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib

 

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Səudiyyə Ərəbistanının şahzadəsini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 7.