Qətərin Olimpiya Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti “Bakı-2015”-in açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib

 

Qətər Dövlətinin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Taninin başçılıq etdiyi nümayəndə heyəti birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətər Dövlətinin Olimpiya Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və Qətərin ölkəmizdəki səfiri qarşılayıblar.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 7.