Avropa Pressfoto Agentliyinin saytında birinci Avropa Oyunları ilə bağlı fotosessiya yerləşdirilib

 

Avropanın 7 ölkəsinin peşəkar fotoqraflarını birləşdirən “Avropa Pressfoto Agentliyinin” saytında Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosessiya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Oyunları işıqlandırmaq üçün hazırda Bakıda olan fotoqraf Sergey Dolzekonun Bakının gündəlik həyatından, İçərişəhərdən, eləcə də Oyunların atributları ilə bəzədilmiş məkanlardan çəkdiyi şəkillər böyük maraq doğurur.

Sergey Dolzeko dünya mediasında maraqlı fotoların müəllifi kimi tanınır.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 14.