Böyük BritaniyaŞimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

 

Ülyahəzrət!

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı, 9  iyun  2015-ci il

Azərbaycan.-2015.- 12 iyun.- S.4.