Qazaxıstanın Baş naziri Avropa Oyunlarının açılış mərasiminə qatılacaq

 

İyunun 12-də Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimov birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.7.