Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə gəlib

 

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Respublikasının Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.7.