Monako Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib

 

Monako Knyazlığının Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şahzadə II Alberti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.7.