Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisinimüasirliyini dünyaya təqdim edə bildi

 

Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Həmçinin açılış mərasimində bir sıra Avropa bəstəkarlarının musiqiləri də səsləndirildi. Beləliklə, Azərbaycan və Avropa mədəniyyəti sintezlə təqdim olundu. Ümumi rəy çox müsbətdir və biz buna sevinirik. Bu işdə bizimlə bir yerdə olan, birgə çalışan insanlara dərin minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov iyunun 13-də keçirilən mətbuat konfransında deyib.

Rusiya ilə Ukrayna idmançıları arasında insidentlə əlaqədar mətbuatda yayılan xəbərlərlə bağlı sualı cavablandıran A.Rəhimov bu informasiyanın şayiə olduğunu diqqətə çatdıraraq bildirdi: “Tam mәsuliyyәtlә deyirik ki, Bakıda RusiyaUkrayna vәtәndaşları arasında insident olmayıb. Mәn də bu barədə mətbuatdan məlumat aldım. Әvvәlcə dedilәr, insident Atletlәr Kәndindә olub, sonra yemәkxanada baş verdiyi söylənildi. Sonra isә küçәdә... Lakin bu, mümkün deyil. Birinci Avropa Oyunları böyük dostluğunsülhün bayramıdır. UkraynaRusiya tәrәfi dә bәyan etdi ki, belә hal olmayıb. Biz mәsәlәni sona qədər araşdırmışıq. Belə hadisə baş verməyib”.

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm şou olduğunu vurğulayan Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Birinci Avropa Oyunlarının açılışı möhtəşəmliyi ilə yadda qaldı. Əminəm ki, bütün azərbaycanlılar qürur hissi keçirdi. Biz qarşıya qoyulan məqsədə nail olduq. Oyunların ilk medalları bu gün sahiblərini tapacaq. Artıq dünəndən yarışlar başlayıb. Oyunlar tarixində ilk medala dağ velosipedi üzrə atletlər sahib olacaq. Həmçinin karateçilər də bu gün medalların sahiblərini müəyyənləşdirəcəklər. İnanıram ki, Azərbaycan idmançıları da medallar qazanacaqlar”.

Artıq on ikinci dəfədir bu cür mərasimin təşkilində iştirak etdiyini xatırladan birinci Avropa Oyunlarının açılış mərasiminin təşkilatçısı, dünya idmanının ən təcrübəli və tanınmış peşəkarlarından sayılan Katerina Uqvu təəssüratlarını bölüşərək dedi: “Birinci Avropa Oyunlarının açılış mərasimində səsləndirilən muğam, Azərbaycan xalçalarının naxışlarını əks etdirən görüntülər, Qobustan qayaüstü rəsmləri, ümumiyyətcə bütün kompozisiya möhtəşəm idi. Bu kompozisiyanın təşkilində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm”.

K.Uqvu dedi ki, açılış mərasimində dünya şöhrətli müğənni Ledi Qaqanın iştirakını böyük çətinliklə sirr kimi saxlaya biliblər: “Biz düşündük ki, bunun bu mərasimdə bir sürpriz formasında çatdırılması daha maraqlı olar. Әslində, bunu qapalı saxlamaq çətin idi. Biz Ledi Qaqa ilə çox sıx əməkdaşlıq etdik ki, o, bunu sirr kimi saxlasın. O, bir neçə gün ərzində hoteldə olduözünü göstərməmək üçün orada qaldı. Mən bu işə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Mətbuat konfransında jurnalistlərin digər sualları da cavablandırıldı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 8.