Rusiya KİV-ləri birinci Avropa Oyunlarının açılış mərasimini heyranlıqla işıqlandırırlar

 

Bakıda birinci Avropa Oyunlarının açılışı və Rusiya Prezidenti Vladimir Putinin bu mərasimdə iştirakı dünən və bu gün Rusiyanın aparıcı KİV-lərinin əsas xəbər mövzusudur.

Rusiyanın TASS İnformasiya Agentliyi Oyunların açılışı barədə xəbəri “Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarını açıq elan edib” sərlövhəsi ilə təqdim edir. TASS Oyunların açılış mərasimində Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışından bu sözləri sitat gətirir: “Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız. Siz Avropa Oyunlarının ilk çempionları olacaqsınız. Bütün Azərbaycan xalqı Sizə dəstək vermək üçün bir araya gəlib. Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq”.

Agentliyin xüsusi müxbiri Bakıdakı olimpiya stadionunda birinci Avropa Oyunlarinin məşəlini alovlandırmış iki idmançı - Oyunların sonuncu məşəlçisi, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev və 2014-cü ildə gənclər arasında Olimpiya Oyunlarında taekvondo üzrə çempion olmuş Səid Quliyev barədə söhbət açaraq yazır: “Atletlərin alovlandırdığı məşəl sanki vulkan lavası kimi axaraq öz enerjisini stadionun piyaləsinə doldurur”.

“Rossiya-2” telekanalı Oyunların açılış mərasimini birbaşa translyasiya edib. Telekanalın reportajı aşağıdakı sözlərlə başlanır: “Günəşli Azərbaycanın paytaxtı tarixdə ilk Avropa Oyunlarını - ənənəvi olimpiadaların qitə səviyyəsində bir növ analoqu olan yarışları qəbul edir”. Tanınmış idman şərhçisi, “Rossiya-2” telekanalında birbaşa translyasiyanın aparıcısı Dmitri Quberniyev həmin mərasimi “həm iştirakçıların, həm də tamaşaçıların xatirində qalacaq gözəl, effektli tamaşa” adlandırıb.

Vesti.ru” saytı translyasiya başa çatandan dərhal sonra olimpiya stadionunun fotoşəklini, “Azərbaycan” həştəqli möhtəşəm atəşfəşanlıq və “Bu gözəl açılış mərasimi münasibətilə Azərbaycanı təbrik edirik” sözləri yazılmış fotoşəkli “Facebooksosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bu səhifənin rusiyalı istifadəçiləri stadiondakı hadisələri çox səmimi şərh ediblər. Onlardan biri yazıb: “Sağ ol, Azərbaycan! Çox gözəl bayramdır. Mənə nəyin daha çox xoşa gəldiyini deyə bilmirəm. Çünki hər şey əla idi! Afərin”!

Rusiyanın Birinci Kanalının müxbiri Pavel KrasnovNovosti” Oyunların açılış mərasimindən dərhal sonra efirə çıxmış proqramı üçün hazırladığı reportajında deyib: “Hər şey heyrətamiz dərəcədə parlaq oldu. İndi artıq deyə bilərik ki, təşkilatçıların tamaşaçıları heyran qoyacaq möhtəşəm tamaşa vəd etməsi, bu mərasimin təfsilatını sirr kimi saxlamağa çalışması nahaq deyilmiş – həqiqətən çox təsirli tamaşa alındı”.

NTV telekanalı Oyunların açılış mərasimini “Səhnələşdirilmiş möhtəşəm tamaşa” adlandırıb. Telekanalın reportajında deyilir: “Azərbaycanın tarixi haqqında hekayət böyük şairfilosof Nizami Gəncəvinin dilindən səslənirdi. Mərkəzi stadionun bütün arenası nəhəng bir karuseli xatırladırdı. Nizaminin gözləri qarşısında əfsanəvi fiqurlarobrazlar canlanırdı. Sonra şair Azərbaycanın rəmzi olan nar ağacının bir qələmini torpağa sancdı və həmin qələm nəhəng bir nara çevrildi. Narın qabığı açıldı və nar dənələrinə oxşar qırmızı şarlar göyə qalxdı”.

Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin tərkibinə daxil olanR-Sportidman xəbərləri agentliyi qeyd edir ki, birinci Avropa Oyunlarının səhnələşdirilmiş təntənəli açılış mərasimi orta əsrlərdə yazıb-yaratmış dahi şair Nizami Gəncəvinin yaradıcılığından fraqmentlər, müxtəlif milli motivlər və amerikalı müğənni Ledi Qaqanın gözlənilməz çıxışı əsasında təşkil edilib.

Rossiyskaya qazeta” yazır: “Tamaşaçılar Oyunların ev sahiblərinin milli mövzularına üstünlük verilən əlvan bir tamaşanın şahidi oldular. Rusiya Prezidenti Vladimir Putindaxil olmaqla, Avropanın bir sıra dövlətlərinin liderləri mərasimin fəxri qonaqları idilər. Rusiya Federasiyasının rəhbəri Oyunların açılış mərasiminə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə birgə tamaşa edirdi”.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14  iyun.- S. 13.