Slovakiya parlamentinin sədri Azərbaycandadır

 

Slovakiya Respublikası parlamentinin sədri Peter Pelleqrini “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə iyunun 12-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.7.