Reuters UK” agentliyi I Avropa Oyunlarında Azərbaycan idmançılarının uğurlarından bəhs edib

 

Reuters UK” agentliyinin saytında “Bakı-2015” I Avropa Oyunlarında Azərbaycanın uğurlarından bəhs edən məqalə yerləşdirilib. Məqalədə “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru S.Kleqin fikirlərinə istinad edilib.

Yazıda “Bakı-2015”in açılış mərasiminin möhtəşəmliyi xüsusi vurğulanıb. Açılış mərasimi və Oyunlarda Azərbaycanın uğurları barədə danışan S.Kleq deyib: “Təbii ki, möhtəşəm açılış mərasimindən sonra Azərbaycan üçün vacib olan Oyunlarda yüksək nəticə əldə etmək idi. Azərbaycan Oyunların ilk günlərində 7 medal qazanmaqla müsabiqəyə yüksək səviyyədə başladı”.

 

Orxan İSMAYILOV,

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 11.