Şahdağ Turizm Mərkəzi yay mövsümünü açıq elan edir

 

Yay mövsümündə bir çoxları dincəlmək, vaxtlarını səmərəli keçirmək üçün ölkəmizin müxtəlif bölgələrinə üz tutur, buradakı istirahət və əyləncə komplekslərinə baş çəkirlər.

Şahdağ Turizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəz bunu nəzərə alaraq yay əyləncələri mövsümünü açıq elan edir, istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq istəyənləri gözləyir.

Mərkəz böyüklərin və uşaqların, turistlərin vaxtlarını səmərəli keçirə bilmələri üçün müxtəlif əyləncə və idman oyunları - Macəralar parkı, Bob Kart, Kvadrosikllər, Dağ velosipedi, Skandinav yerişi, Səmti müəyyən etmə, Nordik gəzintisi, Peyntbol, Seqvey, Ziplayn, Trotinet, Dağ gəzintiləri, Atla gəzinti və s. təklif edir. Mərkəzdə, həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələrin keçirilməsi üçün də əlverişli şərait yaradılıb.

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 16.