I Avropa Oyunlarının simvolları Qız Qalası festivalında

 

Qonaqlı-qaralı Bakının Qız Qalasının qarşısındakı meydan da bu günlər həmişə olduğundan daha izdihamlıdır. Burada Qız Qalası 6-cı Beynəlxalq incəsənət festivalı keçirilir.

Qədim, sirli bəşəri dəyərlərə malik olan Qız Qalası UNESCO-nun Dünya İrs Abidələri siyahısına daxil edilib. Qız Qalası adlı festivalın keçirilməsi elə bu abidənin - Azərbaycan memarlığı incisinin, xalqımızın qədim tarixi irsinin zəngin mədəniyyətinin nümunələrindən birinin təbliği məqsədini daşıyır.

Qız Qalası festivalı 2010-cu ildən başlayaraq hər il keçirilir. Ötən illər ərzində festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş 100-dən çox tanınmış rəssam iştirak edib.

Bu il keçirilən sayca altıncı festival iyunun 11-də başlanıb 14-də başa çatacaq. Festivalın sərhədləri ildən-ilə yeni tematik komponentlərlə genişləndirilir. 2012-ci ildən başlayaraq Qız Qalasının təbliği ilə yanaşı təşkilatçılar insanların diqqətini ətraf mühitin mühafizəsinə cəlb etməyi qərara alıblar. O cümlədən Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanlarının əsas növləri haqqında bilgiləri artırmaq məsələsi diqqət mərkəzindədir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan Ətraf mühit naminə beynəlxalq dialoq aksiyası kampaniyası Qafqazın nəsli kəsilmək təhlükəsi olan beş heyvanını - ayı, qartal, canavar, ceyran Qafqaz bəbirini müəyyən edib. Maraqlıdır ki, builki festivalda iştirak edən yerli xarici rəssamlara I Avropa Oyunlarının simvolları - Nar Ceyran heykəllərini rəngləmək təklif olunur.

Rəssamların ən yaxşı işlərindən ibarət sərgi əvvəlcə İçərişəhərdə, sonra dünyanın bir sıra müxtəlif ölkələrində nümayiş etdiriləcək.

 

Azərbaycan.-2015.- 13 iyun.- S.12.