A.Ə.Pənahovanın Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2015-ci il

Azərbaycan.-2015.-18 iyun.- S.3.