Dünya şöhrətli musiqiçilər Bakıdadır

 

Polşalı qonaqlar Rostropoviçlərin ev-muzeyində olublar

 

“Bakı-2015” I Avropa Oyunları ilə bağlı mədəniyyət proqramları çərçivəsində tədbirlər  ardıcıl olaraq davam etdirilir. Maraqlı cəhətlərdən biri odur ki, konsert proqramlarında Avropanın və dünyanın məşhur musiqiçiləri də iştirak edirlər. Məşhur polyak bəstəkarı Kşiştof Penderetskinin həyat yoldaşı, L.V.Betxoven adına Assosiasiyanın baş direktoru Eljbeta Penderetski, məşhur dirijor Marçin Nalenç-Neşyelovskipianoçu Kjistov Yablonski Bakıdadırlar.

Polşalı musiqiçilərin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Frederik Şopen, Voyçex KilarQara Qarayevin əsərləri səsləndirilib.

Qonaqlar paytaxtın bir sıra mədəniyyət müəssisələrində, tarixi məkanlarında da olub, LeopoldMstislav Rostropoviçlərin  ev-muzeyini  ziyarət ediblər. Muzeyin direktoru Şeyla Heydərova  qonaqlara muzeyin tarixindən, M.Rostropoviçin Polşa ilə sıx əlaqələrindən söz açıb. Bildirib ki, muzey Polşa səfirliyi ilə birlikdə 2013-cü ildə qeyd olunanVitold Lyutoslavski ili” ilə əlaqədar musiqişünas Yeji StankeviçinLyutoslavski Qafqazda” adlı beynəlxalq layihəsinin təqdimatını keçirib. Məşhur polyak musiqiçiləri - violonçelist Y.Kalinovskipianoçu M.Şlezeriniştirak etdikləri həmin tədbirdə F.Şopen, V.Lyutoslavski, K.Penderetski, A.ŞnitkeA.Piazzolla kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Qonaqlara 2010-2011-ci illərdə Rostropoviçlərin ev-muzeyinin görkəmli polyak bəstəkarı F.Şopenin 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı barədə də məlumat verilib. E.Penderetski iki dahi musiqiçinin dostluğundan və yaradıcılıq əlaqələrindən söz açaraq deyib ki, K.Penderetski M.Rostropoviç üçün bir neçə əsər yazıb.

Qonaqlar muzeyin fondundakı Polşa ilə bağlı materiallarla - “K.Penderetski mükafatı” (1999), M.Rostropoviçin F.Şopen adına Varşava Konservatoriyasının doktoru adına layiq görülməsi ilə bağlı diplom, F.Şopen, A.Şnitke və başqalarının ifası olan disklər, kitablar, notlars. eksponatlarla tanış olublar.

Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri,  “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dahi musiqiçi M.Rostropoviçə həsr olunmuşBöyük bakılı” kitabı  polşalılara hədiyyə edilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2015.- 20 iyun.- S. 7.