AZƏRBAYCAN ARTIQ QALİBDİR!

 

12 iyun 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərindəki Olimpiya stadionunda dünya idman tarixinin qızıl səhifəsinə çevriləcək əsrin ən möhtəşəm idman yarışmalarından sayılan I Avropa Oyunlarının açılış mərasimi keçirildi!

Bu Oyunların baş tutması məhz Azərbaycandan asılı idi!

Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev dünya idmanına və Olimpiya hərəkatına ən dəyərli töhfəsini verdi!

Bəli, Azərbaycan Avropa idmanının ilk və həm də ənənəvi yarışmasının keçirilməsinin məsuliyyət və ağırlığını öz üzərinə götürməklə ən böyük ədalətsizliklərdən birini aradan qaldırdı, birinci qitə yarışmasının təşkilatçısı və banisi oldu!

Bu, artıq özünəməxsus qələbədir!

Bütün məkrli niyyətlərə, aşkargizli badalaqvurmalara, KİV-lərdə aparılan şər-böhtan kampaniyalarına, ədalətsiz müzakirə və açıqlamalara üstün gələn qələbə!

Azərbaycanın qazandığı bu “medalsız” qələbənin iqtisadi, siyasi, idman və mənəvi tərəfləri vardır.

Bir qədər sonra yarışlar başa çatacaq, yekunda hansı dövlətdən gələn hansı idmançıların hansı medal qazanacağını, hansı komandaların neçənci yeri tutacağını hamımız bütün dəqiqliyi ilə biləcəyik. Necə deyərlər, bu, idmandır, mübarizə açıq şəkildə, hamının gözü qarşısında baş verir. Nəticələri isə peşəkar hakimlər qiymətləndirir.

Azərbaycan isə artıq indidən I Avropa Oyunlarının qalibi sayılır!

Həqiqi, mübahisəsiz və şəriksiz qalibi!

Bu qələbə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin ucadan söylədiyi sözlərlə təsdiqini tapdı: “Bakı-2015” ilk Avropa Oyunlarını açıq elan edirəm!

Beləliklə, əvvəla, “boykot” çağırışçıları gülünc duruma düşdülər, Avropa sülhün elçisi sayılan idmanı seçdi!

İkinci, idmanı siyasətə qurban vermək istəyənlər, ayrı-ayrı insanların və qurumların əlində alətə çevirmək niyyətinə düşənlər ciddi məğlubiyyətə uğradılar!

Ən nəhayət, böyük çoxluq tərəfindən müdafiə olunan Azərbaycan əslində bir daha siyasi nüfuzunu və beynəlxalq imicini təsdiq etmiş oldu!

Bu qələbənin ayrı-ayrı insanlar tərəfindən qeydə alınaraq bəyan edilən özünəməxsus “rekord”ları da var.

*Bu miqyaslı yarışların keçirilməsi üçün başqalarının 84 aya gördüyü işləri Azərbaycan 3 dəfə qısa müddətə - 30 aya görüb qurtardı;

*Təşkilat Komitəsi saat dəqiqliyi ilə işləyərək bütün vacib strukturların ideal işbirliyini yüksək dəqiqliklə qurdu;

*Bir il ərzində Azərbaycan triatlon yarışlarında medal qazana biləcək idmançı yetişdirdi;

*Azərbaycan indiyədək heç kəsin görmədiyi və rastlaşmadığı qonaqpərvərlik nümunəsini ortaya qoydu!

 

ANALOQU OLMAYAN AÇILIŞ MƏRASİMİ BAŞ TUTDU

 

İlk dəfə idi ki, gördüklərimi sözlə ifadə etməkdə çətinlik çəkirdim! Çünki hamımızı sözün həqiqi mənasında ovsunlayan açılış mərasimi yalnız Bakı Olimpiya Stadionunda oturanları yox, dünyanın hər yerində mavi ekran qarşısında əyləşərək bu mərasimi izləyənləri də məftun etdi! Daha doğrusu, heyran qoydu!

*28 ölkədən 300-dən çox yaradıcı heyətin və 34 ölkədən 1000 nəfərdən artıq mütəxəssisin cəlb edilərək hazırlanan bu tamaşanın qeyri-adi ssenarisiifa texnikası vardı.

*Minlərlə insanın iştirak etdiyi mərasim sinxron, qüsursuz, yüksək ifa mədəniyyəti və qabiliyyəti ilə fərqlənirdi.

*Ssenari, dekorasiya, geyimifa “qanına, iliyinə” qədər milli olmasına baxmayaraq, yüksək bəşəriliyi də diqqət çəkirdi.

*Son olaraq bu tamaşa əzəmət və möhtəşəmliyi ilə insanı nəfəs almadan, gözünü qırpmadan baxmağa vadar edirdi!

 

QƏLƏBƏNİN TƏSDİQİNƏ ÇEVRİLƏN BİR SIRA MƏQAMLAR DA MÖVCUDDUR

 

*50 ölkədən gələn idmançıların hamısı təşkilati işlərdən və yaradılan şəraitdən razılığını bildirir.

*Yüksək səviyyəli arenalarda keçirilən yarışlar obyektivliyi və ədalətliyi ilə də qüsursuzdur.

*Dünyanın əksər KİV-ləri və informasiya agentlikləri I Avropa Oyunlarından çoxsaylı, obyektiv və reallığı əks etdirən informasiya, reportaj və süjetlər yaymaqdadır!

*Avropa Oyunlarına həsr olunmuş ilk muzey də ölkəmizdə yaradılacaqdır.

 

BÜTÜN BUNLARIN ÖZÜNƏMƏXSUS FORMADA İFADƏSİNİN MARAQLI DETALI:

 

Açılış mərasimindən sonra bu möhtəşəm idman tədbirinə həvəs sürətlə artmışdır. Qısa müddətdə bağlanış mərasiminə satılan biletlər qurtarmış, həmin tədbirə və bir sıra yarışlara isə əlavə bilet satışı başlamışdır!

 

ADƏTƏN, QƏLƏBƏ ZAMANI MƏĞLUB TƏRƏF DƏ OLUR! ONLAR KİMLƏRDİR:

 

*Özlərini könüllü şəkildə belə açılış mərasiminə baxmaqdan məhrum edənlər, habelə bəzi televiziya kanalları və onların tamaşaçıları;

*Azərbaycanın bu uğurunu qəbul edə bilməyən qərəzkarlar, paxıllar, qısqanclar, böhtançılar;

nBütün cidd-cəhdlərinə baxmayaraq, ikili standartları bu yarışların keçirilməsinə tətbiq etməyə gücləri çatmayanlar;

*Azərbaycan ərazisində yaşayıb antiazərbaycançı şəbəkəyə qulluq göstərən və ağalarının (qrantverənlərinin) yanında üzüqara qalan “5-ci kolon” üzvləri.

 

QƏLƏBƏNİN MÜKAFAT PAYINI ALANLAR

 

*Ən çox qazananlar idman arenalarında və ya harada yaşamalarından asılı olmayaraq mavi ekran qarşısında əyləşərək gərgin idman mübarizəsi şəraitində keçən yüksək səviyyəli yarışları izləyənlər;

*Xərclənən pullara, işə salınan alət beynəlxalq qurumlara, QHT-lərə və “5-ci kolona baxmayaraq, bütün cəhdlər puça çıxdı, Avropa idmanını siyasətə qatmaq, idmançıları siyasiləşdirmək mümkün olmadı!

İdmanın və idmançının siyasi oyunlara qatılmasına yol verilmədi!

Nəticədə idman, gənclik və sağlamlıq qazandı!

 

AZƏRBAYCAN XALQINI ÇAŞDIRMAQ MÜMKÜN DEYİL!

 

Müstəqilliyinin 24 ilində Azərbaycan xalqı çox hadisələrin şahidi və iştirakçısı olub! Nəyin yaxşı, nəyin pis olduğunu dərhal təyin etməyi öyrənib!

20 Yanvar faciəsindən, Meydan hərəkatından və onun “qəhrəman”larından, parlament çevrilişi yolu ilə hakimiyyətin qəsbindən, dövlət çevrilişi cəhdlərindən, ölkədə yaradılan xaos, anarxiya, qanunsuzluqümummilli böhrandan - habelə bütün bunların doğurduğu nəticələrdən ibrət dərsi götürüb!

Azərbaycan xalqı deyilən sözlərə əhəmiyyət vermədən əməllərinə və atılan addımlara görə kimin dost, kimin bədxah olduğunu dərhal və səhvsiz təyin edə bilir!

Ulu öndər Heydər Əliyevin yaratdığı sabitlikinkişaf, cənab İlham Əliyevin gördüyü məhtəşəm işlər xalqımız üçün çox əziz və qiymətlidir!

Xalqımız bütün bunların qədrini bilirheç zaman itirilməsinə yol verməz!

İdmanı, yaxud hər hansı demokratik dəyəri təsir vasitəsinə çevirərək Azərbaycanı öz yolundan döndərmək də mümkün deyil!

Prezident İlham Əliyev dövlətimizin və xalqımızın qarşısında duran hədəfləri dəqiqliyi ilə müəyyən və bəyan edib:

Hədəf Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına qoşmaqdır!

Azərbaycan meyarlarını ən yüksək meyarlara çatdırmaqdır!

Azərbaycan vətəndaşını daha yaxşı və firavan yaşatmaqdır!

İlk Avropa Oyunlarını keçirən Azərbaycan ən yüksək standartları tətbiq etdi!

Azərbaycanın bugünkü inkişaf səviyyəsinə uyğun gələn standartları!

Ölkəmiz olduğu kimi, bütün gerçəklikləri və səviyyəsi ilə bu dəfə də Avropayadünyaya təqdim və nümunə oldu!

Hər şey alındı!

Hər şey ürəyimizcə oldu!

Bütün bunlar birlikdə Azərbaycanın qələbəsi deməkdir!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 1.