Avropa Pressfoto Agentliyinin saytında fotosessiya yerləşdirilib

 

Avropanın yeddi ölkəsinin peşəkar fotoqraflarını birləşdirən Avropa Pressfoto Agentliyinin saytında Azərbaycanda keçirilən “Bakı-2015” I Avropa Oyunlarının taekvondo yarışlarından gözoxşayan görüntülər yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, fotosessiyada bu idman növündə yarışan qadın kişi taekvondoçuların mübarizə zamanı qeydə alınan maraqlı anları yer alır. Fotoqraf Maksim Şipenkov Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin idmançılarının yarış anlarını fotoaparatın yaddaşına həkk edib.

Avropa Pressfoto Agentliyi Niderland, Portuqaliya, İtaliya, Fransa, Belçika, Almaniya və İspaniyanın fotomüxbirlərinin birliyindən yaranıb.

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 7.