İtaliyanın “fosnova.it” saytı I Avropa Oyunlarından yazır

 

İtaliyanın “fosnova.it” saytında “Bakı-2015” I Avropa Oyunları ilə bağlı məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 12-dən 28-dək Qafqazın ən böyük şəhəri Bakıda beynəlxalq səviyyəli idman tədbirinin - I Avropa Oyunlarının keçirildiyi bildirilir. Müəllif əsas diqqəti Oyunlarda yeni idman növlərinin də olmasına, eləcə də Avropa Oyunlarının açılışının həyata keçirildiyi və hazırda bir sıra yarışların təşkil olunduğu Bakı Olimpiya Stadionunun texniki imkanlarına yönəldib.

“I Avropa Oyunlarının siyahısına salınmış sambo və çimərlik futbolu bu miqyasda yarışlar üçün tamamilə yenidir”, - deyə məqalədə diqqətə çatdırılır. Bakı Olimpiya Stadionunun texniki imkanlarına gəldikdə isə, müəllif stadionun bir çox üstünlükləri ilə yanaşı, işıqlandırılmasının yüksək səviyyədə olduğunu bildirib. Bu stadionda yüksək effektivliyə malik, enerjiyə və texniki xidmət xərclərinə qənaət edən qurğular var. Buradakı projektorlar telereportajların yüksək keyfiyyətini də təmin edir.

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.