Nəşriyyat tarixi və kitabçılığa dair sanballı tədqiqat işi     

 

Kitab-nəşriyyat işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik təzahürlərdir. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Adil Abdullayevinfilologiya üzrə fəlsəfə doktoru, dosent İslam Sadığın birgə müəlliflikləri ilə bu il “Gənclik” nəşriyyatında işıq üzü görmüş “Azərbaycanda nəşriyyat tarixi” adlı dərslik-kitabda nəşriyyat-kitab işini tam əhatə edən, kitabçılıqda redaktə və mətn sistemləri ilə xarakterizə olunan struktur quruluş, mövzu-mətn vizuallığı və nəşriyyat tarixində semantik xüsusiyyətlər və s. özünü geniş şəkildə ifadə edə bilib.

Nəşriyyat tarixi və redaktə-mətn prosesləri üçün sistemli zəmin yaradan bu dərslikdə ümumilikdə kitab haqqında bilgilər önə çəkilib, qədim kitablar, o cümlədən əlyazma kitabları haqqında hərtərəfli fikirlər əks olunub, Azərbaycanda kitab nəşrinin tarixi geniş öyrənilib, kitab mədəniyyəti barədə dolğun təsəvvür yaradılıb. Əsərdə həmçinin mətnin təşkili, fikrin qurulma texnikası özünün semantik forması ilə diqqət çəkir. Müəlliflər hər bir prosesin funksional əhəmiyyətini daha qabarıq göstərmək üçün dəqiq qrammatik təsirlərə üstünlük verib, nəşriyyat tarixi, nəşriyyat-kitab işi və nəşriyyatların meydanagəlmə zəminləri, ictimai kitab anlayışı, yazı və əlifba mədəniyyəti, əlyazma kitabları və ilk mətbəələrin yaranma prosesləri, kitabın (mətbuatın) inkişafı, kitab nəşrində yeni mərhələ, poliqrafiya materialları və s. barədə əhəmiyyətli nəticələr əldə edib, nəşriyyat işinin sintaksis vəzifəsini ətraflı şərh ediblər.

Nəşrdə mövzu xarakterlərinə elmi yanaşma sistemli şəkildədir. Buradakı mətn sintaksisi, mövzu və kitabçılıqda aktual üzvlənmə, nəşriyyat tarixi aspektləri və qrammatik seyrçilik, əlyazma kitab tədqiqatına aid bir çox məsələlər, fikrin qurulma texnikası, elmi hissin kommunikativ funksiyası faktik olaraq müəlliflərin nəşriyyat-kitab işinə yaxından bələd olmalarını isbatlayır. “Azərbaycanda nəşriyyat tarixi” kitabında fikirlər ictimai-fəlsəfi normativ əsasında forma tapır və burada sxematik hissi təbəddülatlardan peşəkarcasına istifadə olunması mövzuların əsas həddə oxucuya çatmasını təmin edir. Kitabdakı əksər fikirlərin struktur-semantik zərurəti mövzudan şərhə keçidi qaydalara uyğun təsbitləyir və müəlliflərin elmi dərketməsində bu proses əhəmiyyətli rol oynayır. Kitabda fikirlərin açılışı ictimai-elmi istiqamətlidir. Bu fikirlər kitabın müstəqil və əsas cəhətləridir, ümumi məzmun isə təkcə bir sintaktik bütövdə açılmır.

Uzaq və yaxın keçmişimizdəki kitab-nəşriyyat kodeksləri, bu sistemin prosedur qaydaları kitabda önəmli yer tutur. Müəlliflər üzərində ehtiyatla işlədikləri mövzuların mahiyyətinə, struktur quruluşunatarixi-ictimai önəminə xüsusi diqqət yetirib, mətnin (mövzunun) işlənmə yerini dürüst məntiqə kökləyiblər. Burada hər mövzu öz dəyər və elmi xarakterinə görə fərqli müstəvilidir. Ona görə də kitab bütün poliqrafiya-nəşriyyat sistemləri üçün dəyərli vasitə hesab edilə bilər.

Kitab özündə elmibir qədər də ictimai məğzi ehtiva edən məntiqə xas fikirlərlə zəngindir. Müəlliflər tədqiq zamanı əlavə şərh üçün zəmin qoymayıblar. Buna görə də oradakı fikirlərin forma sintaktikliyi standart forma kimi deyil, inkişafda olan elmə uyğun şəkildə əhatələnir.

Kitabın tədqiq mərhələsini üç əsas tempdə aparmaq mümkündür: 1. Artan inkişaf zəminliyi; 2. Orta-hissəvi təsiretmə dəqiqliyi; 3. Sürətli inkişaf şərhi.

Bəhs olunan dərslikdə mövzunun tarixi ardıcıllıq üzrə dinamikliyi - ktab anlayışı, ilk yazının kəşfi, yazıdan kitaba keçid, əlyazma-kitab mədəniyyəti, kitabın cəmiyyətdə rolu, Azərbaycanda nəşriyyat tarixi, ilk çap üsulları, ilk mətbəələrin yaradılma prosesləri, çap maşınının kəşfi, kitabın texniki göstəriciləri, nəşriyyatda redaktə işi, redaktorluq sənəti, hətta kitab ticarətinin təşkili və s. digər məsələlər həm mövzunun qoyuluşu, həm də fikrin məntiqəxas tədqiqi diqqət çəkir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, kitabda mətndaxili semantik-struktur əlaqələr, tematik proqressiya aparıcı xətdir. Bu da fikrin kommunikativ funksiyaçılığında başlıca rol oynayır. Bu kitab istər nəşriyyat işçiləri, istər poliqrafiya mütəxəssisləri, istərsə də kitab-redaksiya, redaktor, korrektor və hətta adi çapçı üçün mühüm əyani vəsaitdir.

Yeni kitab nəşriyyat tarixində özünün ifadə imkanlarının genişliyi ilə də diqqət çəkir. Burada nəşriyyat-kitab zəminləri yüksək mərhələ adlayıb, proseslərin ifadə imkanlarından düzgün şəkildə istifadə edilib. Başqa sözlə, kitabda nitqin, redaktəçiliyin, əlyazma prosedurlarının düzgünlüyünə - nəşriyyat-tarix mərhələsində yenilikçi ruha əməl olunub. Məsələn, kitabın “Nəşriyyatda redaktə işi” - redaktor sənəti fəslini oxuyan müvafiq peşə sahibləri redaktorluğun təkcə nəzəri tərəfi ilə tanış olmur, həm də bu prosesin praktik mahiyyətini tam mənada başa düşmək imkanı əldə edirlər.

Müəlliflərin öhdəsindən gəldikləri bir tutarlı ondan ibarətdir ki, onlar mövzunu təkcə nəzəri cəhətdən tədqiqə cəlb etməyiblər, həm də onun praktik tərəfini anlaşılan, başa düşülən tərzdə qabardıblar.

Maraqlı bir məqam da odur ki, müəlliflər nəşriyyat işini təkcə yaradıcılıq işi kimi göstərmirlər. Bununla bağlı kitabda deyilir: “Nəşriyyat yaradıcılıq təşkilatı olsa da, eyni zamanda konkret bir istehsalat müəssisəsidir. Onun istehsal etdiyi məhsul kitab və kitabçalardır... Oxucusu olmayan, yaxud vaxtında öz oxucusuna çatdırılmayan kitab dəyərini itirmiş pul kimidir...” Buradan da bir nəticə hasil etmək olar ki, “Azərbaycanda nəşriyyat tarixi” kitabı təkcə kitab-nəşriyyat işinin kökündən öyrənilməsi metodları ilə təzahür etmir, həm də ticarət önəmi daşıyır; onun iqtisadi səmərəsi də çoxdur.

Kitabda kitab nəşri və nəşriyyat işi ilə bağlı hüquqi sənədlərə, nəşriyyat və KİV haqqında qanuna, mətbu nəşr və istehsalın hüquqi əsaslarına, televiziyaradionun hüquqi fəaliyyətinə, müəlliflik hüququna, nəşriyyat-maliyyə resurslarına, nəşriyyat işinin, müəlliflik hüququnun beynəlxalq aspektlərdə təzahürünə və s. geniş yer ayırılıb, bu prosedurlara sistemli-əhatəli yanaşılıb.

Kitabın nəşriyyat tarixi fonunda ən diqqətçəkən statuslarında ilk əlyazma, kitab-çap prosesləri, nəşriyyat işi və kitabçılıqda redaktə işis. təxmini vizuallıqdan çıxır, dürüst məntiqə keçir. Demək olar ki, bütün bu proseslər boyu müəlliflər oxucuya ehtimal xarakterli fikirlər deyil, əksinə, cəmiyyət dərketməsinə sığa biləcək həqiqətlər aşılayırlar. Necə ki, kitaba yazdığı ön sözdə filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mahmud Mahmudov deyir: “Azərbaycanda nəşriyyat tarixi” adlı dərsliyə böyük ehtiyac vardır. Uzun illərdir ki, ali məktəblərdə bu fənn tədris olunsa da, tələbələr dərslik sarıdan xeyli çətinlik çəkirlər. Nəhayət, Adil Abdullayevİslam Sadığın “Azərbaycanda nəşriyyat tarixi” adlı dərsliyi bu sahədəki boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir”. Bizbu qənaətdəyik.

 

Gülşən ƏLİYEVA,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 11.