“Həyatım və mühitimminiatür kitabı çapdan çıxmışdır  

 

Azərbaycan klassik ədəbiyyatında ən çox müraciət olunan xatirə-memuar janrında yaranan əsərlər zamantale baxımından həmişə oxucular tərəfindən maraqla qarşılanır.

Xüsusilə xalqın taleyində və dövlətçiliyin inkişafında xidmətləri olan şəxsiyyətlər haqqında yazılan kitablar illər ötdükcə istər oxucular, istərsə də tarixçilər və tədqiqatçılar üçün daha dəyərli olur. Bu qəbildən olan əsərlərdən biri də Azərbaycan ədəbiyyatı tarixində görkəmli naşir, şair, jurnalist, tərcüməçi və yazıçı-dramaturq kimi tanınan Məmməd Səid Ordubadinin keşməkeşli ömür yolundan bəhs edən “Həyatım və mühitim” (2015) kitabıdır. Ədibin 140 illik yubileyi ərəfəsində “Həyatım və mühitimrespublikaKitab” Cəmiyyətinin xətti ilə “İNDİQO” nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Super cilddə, 65x65 mm ölçüdə olan minikitaba 12 fotoşəkil yerləşdirilmişdir. Kitabın üz qabığında M.S.Ordubadinin portreti, forzasda Azərbaycanın xəritəsi verilmişdir. Nəfis tərtibatla 262 səhifədən ibarət olan yeni nəşr oxucularımızın böyük marağına səbəb olmuşdur.

İlk səhifəsi “Familiyamız”la başlayan bu kitabda ədibin nəsil şəcərəsi, Ordubadda keçən uşaqlıq və gənclik dövrü, məşğuliyyəti, orta məktəb və ali təhsil illəri, bir sözlə, ədibin bədii yaradıcılıq və jurnalistliklə müşayiət olunan keşməkeşli tale yolumühiti haqqında dolğun məlumatlarla tanış olmaq mümkündür. M.S.Ordubadi dörd cildlik “Dumanlı Təbriz” (1933-1948) roman-epopeyası, dahi Azərbaycan şairi Nizami Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” (1946-1948), “Döyüşən şəhər” (1938) və “Gizli Bakı” (1940) kimi tarixi romanları ilə Azərbaycan ədəbiyyatında əbədiyaşarlıq qazanmışdır.

Ədibin 140 illik yubileyi ərəfəsində oxuculara təqdim olunan “Həyatım və mühitimminiatür kitabı 100 nüsxə tirajla çap olunmuşdur.        

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 11.