Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi

qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilsin:

 

Xalq artisti

 

Tağıyeva Anaxanım Ehtibar qızı - baş leytenant

 

Əməkdar mədəniyyət işçisi

 

İmamquliyev Zöhrab Həmzə oğlu - polkovnik-leytenant

Bayramova Zəminə Məhəmməd qızı

 

Əməkdar müəllim

 

Həsənova Lalə Sadıq qızı

Məmmədov Bayram Heydər oğlu

 

Əməkdar həkim

 

Babayev Famil Əlikərəm oğlu - tibb xidməti polkovniki

Əliyev İbrahim Alxan oğlu - tibb xidməti polkovniki

İbrahimov Elxan Paşa oğlu - tibb xidməti polkovniki.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 iyun 2015-ci il

Azərbaycan.-2015.-25 iyun.- S.2.