Beynəlxalq BodibildinqFitnes Federasiyası I Avropa Oyunlarının təşkilini yüksək qiymətləndirib

 

Beynəlxalq BodibildinqFitnes Federasiyası Azərbaycanda keçirilən I Avropa Oyunlarının təşkilini yüksək dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, federasiyanın rəsmi saytında I Avropa Oyunları çərçivəsində keçirilən bodibildinq yarışları barədə məqalə yerləşdirilib. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyi bildirilən məqalədə Azərbaycan “cənnətin bir guşəsi” adlandırılıb. Ölkədəki qonaqpərvərliyi xüsusi qeyd edən  müəllif bodibildinq yarışlarının gedişindən yazaraq maraqlı fotosessiyaya da yer verib.

 

Azərbaycan.-2015.-25 iyun.- S.7.