Peru mətbuatı birinci Avropa Oyunlarını işıqlandırır

 

Perunun “peru.com” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı maraqlı fotosessiya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, saytda, həmçinin Bakı şəhəri ilə bağlı kiçik arayış da təqdim olunur. Bildirilir ki, Bakı bu beynəlxalq yarışa ev sahibliyi edən ilk şəhərdir.

Bakı zəngin tarixə malik çoxlu turist cəlb edən şəhərdir. Bu şəhər çoxlu sayda investisiya layihələri sayəsində sürətlə inkişaf edir. Bakı bu gün nüfuzlu idman tədbirinə ev sahibliyi etməklə növbəti uğura imza atır”, - deyə məqalədə bildirilir.

Fotolarda isə müxtəlif yarışlardan ən maraqlı məqamlar əksini tapıb.

 

Azərbaycan.- 2015.- 26 iyun.- S.7.