Fransa mətbuatı “Bakı-2015” birinci Avropa Oyunlarına xüsusi önəm verir

 

Fransa mətbuatında “Bakı-2015” birinci Avropa Oyunları geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, “Equipe21” və “BFM” televiziyaları hər gün Bakıdan bir neçə saat canlı yayım həyata keçirir. Bundan əlavə, xəbər və idman proqramlarında yarışlar geniş təhlil olunur.

www.lequipe.fr və www.francetvsport.fr saytlarında üzgüçülüksambo yarışları, onların nəticələri geniş işıqlandırılır, azərbaycanlı idmançıların bütün yarışlarda yüksək nəticələr göstərdiyi qeyd olunur. Həmçinin Bakının bütün idman arenalarında xoş əhval-ruhiyyənin hökm sürdüyü bildirilir.

Figaro” qəzetində dərc olunmuş yazıda isə azərbaycanlıların sambo idmanında çox güclü olduqları vurğulanır.

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 7.