“Sarı gəlin” italyan vokalçılarının ifasında

 

İyunun 24-də Mədəniyyət və Turizm Nazirliyi və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə maraqlı konsert proqramlarından daha biri gerçəkləşdi.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert izləyənlərə klassik musiqidən zövq almaq imkanı yaradıb. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə italiyalı vokalçıların ifasında məşhur operalardan parçalar təqdim olunub.

İtaliyalı Marçello Rotanın dirijorluq etdiyi konsertdə “Le Div4's: “The Great Italyqrupunun ifasında C.VerdininTraviata”, J.BizeninKarmen” operalarından partiyalar alqışlarla qarşılanıb. Cazibədar və istedadlı vokalçıların səs tembrlərinə uyğun seçilmiş musiqi parçaları - N.Rotanın “Otto e mezzo”, E.Di Kapuanın “O sole mio”, A.BocellininLa vie en Rose”, habelə “Besame Mucho”, “Quizas, Quizas, Quizaskimi məşhur nümunələr tamaşaçıların ürəyincə olub.

İtalyan qızların ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” isə daha çox yadda qaldı. Beləliklə, “Sarı gəlin”ə yeni çalar qatan gözəl səsli və səhnə duyumlu italyan xanımlar bakılı tamaşaçıların yaddaşında iz buraxa bildilər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 10.