I Avropa Oyunlarının sonuncu günü 5 idman növü üzrə yarışlar keçirildi, 9 dəst medal oynanıldı

 

İyunun 28-də I Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə yarışlar başa çatdı. Finalda İtaliyaRusiya komandaları qarşılaşdı. Həlledici görüşdə daha əzmkar oyun nümayiş etdirən rusiyalılar 3:2 hesabı ilə qələbə qazanıb yarışın qalibi oldular. Üçüncü yer uğrunda görüşdə isə İsveçrə və Portuqaliya komandaları üz-üzə gəldi. Bu qarşılaşmada portuqallar 6:5 hesabı ilə qalib gələrək bürünc medala yiyələndilər.

5-6-cı yer uğrunda görüşdə Ukrayna millisi İspaniya yığmasına məğlub oldu - 3:6.

Azərbaycan yığması isə sonuncu qarşılaşmada da Macarıstan komandasına 2:3 hesabı ilə uduzaraq yarışı 8-ci yerdə başa vurdu.

* * *

İyunun 28-də I Avropa Oyunları çərçivəsində cüdoçuların komanda yarışları keçirilmişdir. Kişilərin yarışında Fransa komandası hamıdan güclü olmuşdur. İkinci yeri Almaniya cüdoçuları tutmuşlar. Üçüncü yeri isə İtaliyaSloveniya idmançıları bölüşmüşlər.

Qadın komandaları arasında da Fransa cüdoçuları qızıl medala layiq görülmüşlər. Gümüş medala Gürcüstan komandası sahib çıxmışdır. RusiyaUkrayna milliləri bürünc medala yiyələnmişlər.

Bir neçə idmançımızın zədələnməsi səbəbindən Azərbaycan komandası yarışlarda iştirak etməmişdir.

* * *

İyunun 28-də I Avropa Oyunları çərçivəsində kişi voleybolçular yarışların qalibini və mükafatçılarını müəyyənləşdirmişlər. Final görüşündə Bolqarıstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradan Almaniya yığması çempion adını qazanmış və qızıl medala yiyələnmişdir.

Üçüncü yerdə isə Rusiya voleybolçuları qərarlaşaraq bürünc medala sahib çıxmışlar.

* * *

İyunun 28-də I Avropa Oyunları çərçiv

əsində badminton yarışları da başa çatmışdır. Kişilərin fərdi yarışında ispaniyalı Pablo Abian bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medala layiq görülmüşdür. Gümüş medalı danimarkalı Emil Holst əldə etmişdir. Bürünc medallara isə Diter Domke (Almaniya) və Kestutis Naviçkas (Litva) yiyələnmişlər.

Qadınların fərdi yarışında Lin Kyayersfeldt (Danimarka) I Avropa Oyunlarının qalibi olmuşdur. İkinci yerdə belçikalı Liann Tan qərarlaşmışdır. Üçüncü yeri isə ispaniyalı badmintonçu Klara Azurmendibolqar Petya Nedelçeva bölüşmüşlər.

Cütlüklərin yarışında Danimarka komandası çempion adını qazanmışdır. İkinci yerdə Fransa yığması qərarlaşmışdır. Üçüncü yeri isə İrlandiyaAlmaniya milliləri tutmuşlar.

* * *

İyunun 28-də I Avropa Oyunları çərçivəsində BMX velosiped idmanı üzrə yarışlara da yekun vuruldu. Qadınların yarışında danimarkalı Simone Kristensen qələbə qazanmışdır. İkinci yeri fransalı Maqalie Potyer, üçüncü yeri çexiyalı Aneta Hladikova tutmuşdur.

Kişilərin yarışı  isə fransız velosipedçi Coris Daudetin qələbəsi ilə başa çatmışdır. O, qızıl medala layiq görülmüşdür. Gümüş medala Tvan Van Gendt sahib çıxmışdır. İsveçrəli David Qraf isə üçüncü yeri tutaraq bürünc medala yiyələnmişdir.

 

Azərbaycan.-2015.-30 iyun.- S.10.